Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirildi


21 dekabr 2019-cu il tarixdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda  görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvəzökar və humanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru,  professor Qoşqar Əhmədovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qoşqar müəllimin ailə üzvləri, qohumları, tələbələri, iş yoldaşları da iştirak edirdilər. Tədbiri Azərbaycan Respublikasının əməkdar artisti, İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov açıq elan etdi. Sonra  AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, professorlar Məmməd Bayramoğlu, Məmməd Yaqubov, Nihan Əliyev, Telman Məlikov, Əkbər Əliyev, Gədəbəy Aşıq Məktəbinin müdiri Etibar Əliyev, şairə Gülayə Əhmədli və başqaları  Qoşqar müəllim haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbir aşıq musiqisi və muğam ifaları ilə davam etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər