Elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

© Mənbə: www.science.az