23 yanvar 2020-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı seminar keçirilmişdir

Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Seminarda İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramı HORİZON2020-nin Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) istiqamətində Azərbaycanda Milli Təmsilçisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə Azərbaycanın milli əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, HORİZON 2020-nin yer elmləri üzrə Azərbaycanın milli əlaqələndiricisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov çıxış etmiş, institut əməkdaşlarının adı çəkilən proqramda daha fəal iştirak etmək üçün tövsiyələrini vermişlər.  Onlar eyni zamanda institut əməkdaşlarının çoxsaylı suallarına cavab vermişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.