Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiyanın “Elm naminə” mükafatı laureatlarının adları elan edilib


Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyində “Elm naminə” VI Ümumrusiya mükafatı laureatlarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiy, eləcə də 400-dən çox görkəmli alim, elmi ictimaiyyətin nümayəndələri və KİV əməkdaşları iştirak edib.

Qeyd edək ki, “Elm naminə” Ümumrusiya mükafatı Rusiya elminin inkişafına və onun işıqlandırılmasına əhəmiyyətli töhfələr vermiş jurnalist, alim və biznes nümayəndələrinə dəstək verilməsi məqsədilə 2014-cü ildə Rusiyanın Təhsil və Elm Nazirliyi tərəfindən təsis edilir.

Hər il ənənəvi olaraq Rusiya Elm Günü ərəfəsində təqdim olunan bu mükafat elmi nailiyyətlərin populyarlaşdırılması və elmi fəaliyyətin dəstəklənməsi üçün media sahəsində verilir.

Mükafata 2020-ci ildə 312 müraciət qeydə alınıb. Ekspertlər təqdim olunmuş müraciətləri elmi nailiyyətlərin populyarlaşdırılmasının bütün istiqamətlərini əhatə edən 11 nominasiya üzrə qiymətləndiriblər. 11 elmi-populyar və maarifçilik layihəsi mükafatın qalibi olub.

Laureatlar haqqında ətraflı məlumatı poisknews.ru saytından əldə etmək olar.

Faydalı linklər