Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Gənc tədqiqatçı” jurnalı Ali Attestasiya Komissiyasının yenilənmiş elmi nəşrlər siyahısına daxil edilib


AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalı yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika istisna olmaqla, bütün sahələr üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri nəşrlərin siyahısına salınıb.

Qeyd edək ki, “Gənc tədqiqatçı” jurnalı 2015-ci ildən nəşr olunur. Burada AMEA və digər ali təhsil müəssislərində, eləcə də idarə və təşkilatlarda elmin bütün bölmələri üzrə gənc alimlərin fundamental və tətbiqi elmi tədqiqatlarının mühüm nəticələrini ehtiva edən məqalələr oxuculara təqdim olunur.

Jurnal 2017-ci ildən Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında yer alıb.

© Mənbə: www.science.az

Faydalı linklər