“Sabahın alimləri” IX respublika müsabiqəsinin qalibləri bəlli olub

AR Təhsil Nazirliyi, AMEA, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” IX respublika müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqədə müxtəlif kateqoriyalara görə, I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə isə 25 layihə üzrə 46 şagird layiq görülüb.

Bundan əlavə, müsabiqə çərçivəsində ABŞ-ın müxtəlif elm cəmiyyətləri tərəfindən şagirdlərə mükafatlar da təqdim edilib.

Qeyd edək ki, qaliblər sırasından seçilmiş 4 layihə (7 şagird) BP-nin maliyyə dəstəyi ilə cari ilin may ayında ABŞ-da keçiriləcək Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcək.

© Mənbə: www.science.az