Azərbaycanlı alimin məqaləsi Amerika Riyaziyyat Cəmiyyətinin jurnalında dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən nəşr edilən “Proceedings of the American Mathematical Society” jurnalında çap olunub.

İki spektrə görə tərs məsələlər haqqında” adlı məqalədə hər iki sərhəd şərtində spektral parametrdən asılılığı olan birölçülü Şrödinqer operatoru üçün iki spektrə görə bir tərs məsələnin tam həlli verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.