Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələri onlayn müzakirə olunub


AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın elmi müəssisələrinin xarici əlaqələr şöbələri və məsul şəxsləri ilə “Layihələrin idarə edilməsi” mövzusunda onlayn iclas keçirilib.

İdarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva AMEA tərəfindən müxtəlif ölkələrin elmi təşkilatları ilə birlikdə elan edilən ikitərəfli layihə müsabiqələri və “Horizon 2020” üzrə hazırkı vəziyyət, son illərdə əldə edilmiş nailiyyətlər və hələ də mövcud olan problemlər haqqında ətraflı məlumat verib, həmkarlarını beynəlxalq layihə və proqramlarda daha fəal iştiraka təşviq edib.

İclasda Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələri də müzakirə olunub. İnstitutun “Beynəlxalq əlaqələri” şöbəsinin rəhbəri, t.e.n. Eldar Abbasov xarici elmi müəssisələrlə əməkdaşlığın vəziyyətindən danışıb. İclas zamanı əldə olunan nailiyyətlərdən və beynəlxalq qrant layihələrə qoşulmasında mövcud problemlər haqqında məlumat verilib.

Müzakirələr zamanı bildirilmişdir ki, 23 yanvar 2020-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, İMM-nın direktoru Misir Mərdanovun təşəbbüsü ilə Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı ilə bağlı keçirilmiş seminar HORİZON 2020 və COST elmi proqramları çərçivəsində yeni layihələrin başlanması üçün yaxşı zamin yaratmışdır.

Ölkəmizdə xüsusi karantin rejimi olmasına baxmayaraq Riyaziyyat və Mexanika İnstitutu beynəlxalq əməkdaşlığı onlayn rejimdə davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər