Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

20.05.2020-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ramazan Bayramı” münasibəti ilə tədbir keçirilmişdir


Tədbiri giriş sözü ilə açan Institutunun HİK-nin  sədri dos. İradə Mirzəzadə qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunmasını arzulamış, eyni zamanda ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd etmişdir. Həmçininin komitə sədri dos. İradə Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulamışdır. Daha sonra dünyada eləcədə Azərbaycanda yayılmış Covid-19 infeksion xəstəlik barədə məlumat verərək Həmkarlar İttifaqının sədri dos. İradə Mirzəzadə bildirmişdirki, dövlət başçısının ciddi nəzarəti altında koronavirusun  yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bunun nəticəsi olaraq hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

Koronavirusun yayılmasının qarşısını almaq üçün digər dövlətlərdə olduğu kimi elecədə Azərbaycanda sosial izolyasiya tətbiq edilmiş, idarə, müəssisələr müvəqqəti fəaliyyətini dayandırmışdır. Bütün bunları nəzərə alaraq dövlət başçısının qayğısı nəticəsində bir sıra az təminatlı ailələrə, müvafiq dövlət qurumlarında işləyən əməkdaşlara yardımların göstərilməsi tapşırılmış və həyata keçirilmişdir.

Çıxışının sonunda Komitə sədri dos. İradə Mirzəzadə, Riyaziyyat ve Mexanika İnstitutunun Həmkərlar İttifaqı Komitəsi adından İnstitutun bir neçə xüsusi yardıma və qayğıya ehtiyacı olan az təminatlı əməkdaşlarına Ramazan bayramı münasibəti ilə zəruri ərzaq məhsullarından ibarət sovqat təqdim etmiş, bundan sonrada başda dövlət başçısı olmaqla daim öz vətəndaşlarının, əməkdaşlarının qayğısına qalacaqlarını bildirmiş, hər kəsə koronavirusla bağlı verilən tövsiyyələrə əməl etməyi, ehtiyyatlı olmağı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər