“Funksiyalar nəzəriyyəsi və Funksional analiz”adlı dərs vəsaiti çap edilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin müdiri, f-r.e.d., professor Həmidulla Aslanovun “Funksiyalar nəzəriyyəsi və Funksional analiz”adlı dərs vəsaiti çap edilib.

“Azərbaycan” nəşriyyatında dərc olunan dərs vəsaitinin elmi redaktoru professor Məmməd Bayramoğludur.

Funksiyalar nəzəriyyəsi və funksional analiz fənninə həsr olunmuş bu kitab müəllifin 40 ildən artıq bir müddətdə respublikanın müxtəlif universitetlərində, əsasən son illərdəBakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernatika fakültəsində oxuduğu mühazirələr əsasında tərtib edilmişdir.

725 səhifədən və 25 fəsildən ibarət olan dərs vəsaitində nəzəri hissənin mənimsənilməsinə kömək məqsədi ilə hər bölməyə aid misal və məsələləri həll nümunələri, hər fəslin sonunda isə sərbəst işləmək üçün tapşırıqlar verilmişdir.

Dərs vəsaitindən Universitetlərin riyaziyyat ixtisaslarında təhsil alan bakalavr və magistr tələbələr, doktorantlar, müəllimlər, elmi-tədqiqat institutlarının əməkdaşları da istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.