Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Pandemiya dövründə AMEA-nın 1000-dən artıq aztəminatlı əməkdaşının ailəsinə yardım göstərilib


Yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanılması prosesi davam etdirilir.

Ramazan bayramı münasibətilə AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi və təşşəbbüsü ilə AMEA-nın Nəsimi adına Dilçilik, Nizami Gəncəvi adına Ədəbiyyat, Riyaziyyat və Mexanika, Dendrologiya, Fizika, İnformasiya Texnologiyaları, Fəlsəfə institututları, eləcə də Şəki Regional Elmi Mərkəzi və AMEA Rəyasət Heyətinin aztəminatlı əməkdaşlarına ərzaq yardımı paylanılıb.

Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov bildirib ki, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. O, ölkə rəhbərliyi tərəfindən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz addımların atıldığını bildirib. 

H.Qurbanov qeyd edib ki, koronavirusla mübarizə dövründə AMEA-nın 1000-dən artıq aztəminatlı əməkdaşının ailəsinə yardım göstərilib. AMEA-nın Azad Həmkarlar İttifaqının əməkdaşları, eyni zamanda, həmin insanların səhhəti ilə maraqlanıb, onlarla maarifləndirici söhbət aparıblar. 

© Mənbə: www.science.az

Faydalı linklər