Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Əliyev və həmin şöbənin dissertantı Şənay Həsənovanın həmmüəllifləri olduları məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 1.188 impakt faktorlu Q1 kateqoriyalı, “Journal of Mathematical Analysis and Applications” jurnalında dərc edilib.

İndefinit çəkili xəttiləşməyən elliptik məsələlərin müsbət həllərinin sıfırdan qlobal bifurkasiyası” (https://doi.org/10.1016/j.jmaa.2020.124252) adlı məqalədə indefinit çəkili elliptik tip xüsusi törəməli tənliklər üçün xəttiləşməyən məxsusi qiymət məsələlərinin sıfırdan bifurkasiyası tədqiq edilmişdir. Burada baxılan məsələlərin həllərinin uyğun xətti məsələlərin baş məxsusi ədədlərini özündə saxlayan parçalardan budaqlanan və həm müsbət, həm də mənfi funksiyalar siniflərində yerləşən qeyri-məhdud əlaqəli  komponentlərinin varlığı isbat edilmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1016/j.jmaa.2020.124252

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər