Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb


Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayını açıqlayıb.

Bu günə olan məlumata görə, 915 nəfərin (Azərbaycan bölməsi – 841; rus bölməsi – 74) ərizəsi təsdiqlənib.

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. 

© Mənbə: www.science.az

Faydalı linklər