AMEA Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantları dissertasiya işlərini uğurla müdafiə etmişlər

23 iyun  2020-ci il saat 11:00-da AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz“, “Riyazi fizika” və  “Maye, qaz və plazma mexanikası” ixtisaslarından 3 magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom programı ilə onlayn rejimdə iclası keçirilmişdir.

İclasda  AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəisi iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrantlar  iştirak etmişlər.

İxtisaslaşdırılmış Şuranın sədri professor Telman Məlikov iclası açaraq iştirakçıları salamlamış və sözu  novbə ilə mudafiə edən magistrlərə teqdim etmişdir.

Çıxış edən magistrantlar: İ.C.Məmmədov, A.F.Cəbrayılova, A.N.Rzayeva mövzuları haqqında ətraflı danışmış, verilmiş sualları dolgun cavablandırmışlar.

Dissetasiya işləri  Şuranın uzvləri tərəfindən uygün olaraq :

İbrahim Məmmədov-100- A, Aynur Cəbrayılova- 92- A, və Aygül Rzayeva- 92 -A balla qiymətləndirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.