Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib

İyulun 24-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) El­mi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şu­ra üzv­lə­ri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, həmkarlar təşkilatlarının, gənc alim və mütəxəssislər, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatları, qadınlar və ve­te­ran­lar şuralarının sədr­lə­ri iştirak ediblər.

Öncə akademik Rasim Əliquliyev AMEA-nın həqiqi üzvü Təyyar Cə­fə­ro­vun Azər­bay­can Respublikasının Pre­zidenti cənab İlham Əli­yevin Sərəncamı ilə “Şöhrət” or­de­ni i­lə təltif edilməsi haqqında məlumat verib. FRTEB-in Elmi şu­ra­sı akademik T.Cəfərovu bu yüksək dövlət mükafatı münasibəti ilə təbrik edib, alimə Azərbaycan el­mi­nin inkişafı və beynəlxalq nüfuzunun yüksəldilməsi naminə fəaliyyətində yeni uğurlar arzu edib.

R.Əliquliyev daha sonra gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diq­qə­tinə çatdırıb və qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikasının möv­cud elmi-texniki poten­sialı­nın xalqımızın milli sərvəti kimi qorunması və möh­kəm­lən­di­ril­mə­si, eləcə də fun­da­men­tal və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin ölkənin mü­dafiə qüdrətinin güc­lən­di­ril­mə­sinə, təhlükəsizliyinin təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına, respub­li­ka­nın sosial-iqtisadi və mədəni-mənəvi prob­lem­lərinin həllinə uyğun olaraq müəyyənləşdirilməsi ölkə rəhəbrliyinin daim diqqət mər­kə­zin­də­dir.

AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli iclasında verilmiş bəzi tapşırıqlar və töv­siyələr haqqında məlumat verən Rasim Əliquliyev AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin AMEA alimlərinin, zi­ya­lı­la­rı­mı­zın, həmçinin gənc alim və mütəxəs­sis­lə­rin ölkəmiz­də və dünyada diqqət mərkəzində olan “COVİD-19” vi­ru­su ilə mübarizə mə­­sələlərinə, eləcə də, Prezident İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu siyasətin işı­ğın­da gedən ic­ti­mai-siyasi proseslərə daim fəal münasibət bildirmələrini, cəmiyyətin bu isti­qa­mət­də obyektiv məlumatlan­dı­rıl­ması və maarif­lən­di­ril­məsi işlərində yaxından iştirak etmələri barədə müvafiq tövsiyələrini diq­qə­tə çat­dırıb.

Elmi şuranın sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti İl­ham Əliyevin 15 iyul 2020-ci il tarixdə Nazirlər Kabinetinin iclasındakı çıxışı­na istinad edərək qeyd edib ki, dövlət başçısı öz nitqində ölkənin ictimai-siyasi həyatının mühüm mə­sə­lə­lə­ri­nə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bil­dir­diyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe haqlı olaraq ictimaiyyətin diqqətini cəlb edib. Cə­­nab Prezidentin qeyd etdiyi kimi, “son günlər ər­zində baş vermiş toqquşmalar və qanlı dö­yüş­lər Azərbaycan dövlətinin, ordusunun gü­cü­nü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”.

Alim vurğulayıb ki, dövlət başçısının bu ta­ri­xi çıxışı AMEA Rə­­ya­sət Heyətinin 16 iyul 2020-ci il tarixində ke­çi­ri­lən iclasında ətraflı müzakirə olu­nub. AMEA-nın pre­zidenti, akademik Ramiz Mehdiyev xüsusilə vurğulayıb ki, “cənab Pre­zi­den­tin nitqində öl­kə­miz qarşısında dayanan təh­didlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şə­kildə öz ək­si­ni tapıb. Ölkəmizin tale­yi­nə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Pre­zidentin ver­di­yi siyasi istiqaməti qav­ramağa çalışmalıdır”.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Misir Mərda­nov çıxışında qeyd edib ki, rəhbərlik etdiyi elmi müəssisənin kollektivi To­vuz rayonu ilə sərhəddə Ermənistan ordusunun təxribatının Ali Baş Komandanın çevik və düzgün qərarları ilə silahlı qüvvələrimiz tərəfindən dərhal qarşısının alınmasını yüksək qiymətləndirir. Bununla ya­naşı, hər zaman cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir. Alim döv­lə­ti­mizin başçısına Azərbaycan elminə, alim­lə­ri­mi­zin rifah halının yaxşılaşdırılması məqsədi­lə göstərdiyi qayğıya görə də, öz adından və RMİ-nin kollektivi adından minnətdarlığını izhar edib.

M.Mərdanov son zamanlar bəzi mətbuat orqanları və sosial şəbəkələrdə Azərbaycan Milli Elm­lər Akademiyası, onun rəhbərliyi haqqında böhtan xarakterli yalan məlumatların yayılması mə­­sə­­ləsinə də öz münasibətini bildirib, ictimai rəydə çaşqınlıq yaratmaq məqsə­di güdən bu cür mən­­­fi addımları qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, ziyalılarımız bu cür məsələlərə həs­sas ya­naş­malı, kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyəti doğru məlumat­lan­dır­ma­ğa çalışmalıdırlar.

Akademik Telman Əliyev öz növbəsində, son vaxtlarda Ermənistanın Tovuz rayo­nu isti­qa­mə­tində Azərbaycana qarşı növbəti təcavüzü barədə fikirlərini bildirib, qeyd edib ki, dünya ic­ti­maiy­yəti hər zaman Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləyir. Alim, həmçinin gənclərimizin yüksək və­tən­pərvərlik ruhu nümayiş etdirdiklərini də təqdirəlayiq hesab edib.

AMEA-nın müxbir üzvü Afiq Həsənov ziyalılarımızı ölkədə gedən ictimai-siyasi proses­lə­rə, ölkə başçısının qarşıya qoyduğu tələb və tapşırıqlara daha həssas yanaşmağa səsləyib, həm­çi­nin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi birgə əmək­daş­lıq münasibətlərinin geniş müzakirə olunması məqsədi ilə FRTEB-in Elmi şurasının xüsusi iclasının keçirilməsi barədə təklifini irəli sürüb.

Akademik Adil Qəribov Rəyasət Heyətinin 16 iyul tarixində keçirilən iclasında müzakirə olu­­nan məsələlər, o cümlədən son günlərdə ölkənin ictimai-siyasi həyatında müşahidə edilən pro­ses­­lər barədə öz münasibətini bildirərək, alimlərimizi televiziya və digər mətbu orqanların vasi­tə­si­lə fəal şəkildə cəmiyyətimizi maarifləndirməyə səsləyib.  Alim həmçinin, Prezident İlham Əli­ye­­vin ötən gün su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirə ba­rə­sin­də də öz fikirlərini səsləndirib, cənab Prezidentin irəli sürdüyü fikirləri, haqlı iradlarını bir­mə­na­lı şəkildə qəbul et­di­yini bildirib.

Akademik Nazim Məmmədov çıxışında diqqətə çatdırıb ki, “Fizika İnstitutunun kol­lektivinin hər bir üzvü sərhədlərimizin qorunması, eləcə də topraqlarımızın erməni işğa­lından azad edilməsi naminə hər zaman ordumuzun və onun Ali Baş Komandanı möh­tə­rəm Prezidentimiz İlham Əliyevin yanındadır”. Alim, eyni zamanda iclas iştirakçı­la­rına bildirib ki, İspaniyadan, İs­veç­­rədən və digər Avropa öl­kə­­lərindən olan alim həmkarları Ermənistanın To­vuz rayonu ilə sərhəddə apar­dığı təxribatı pisləyir və bir ziyalı kimi Azərbaycanın ərazi bötüvlüyünü, onun toxu­nul­maz­lı­ğı­nı tanıdıqlarını bildiriblər.

Akademik Arif Həşimov öz növbəsində, Prezident İlham Əliyevin apardığı daxili və xari­ci si­yasəti, ölkəmizdə ordu quruculuğu, “COVİD-19” ilə mübarizə və obyektiv ola­raq yaranmış digər problemlərin aradan qal­dı­rıl­ma­sı ilə bağlı məsələlərin həlli istiqamə­tində nümayiş etdirilən məqsədyönlü siyasəti yüksək qiymətləndirib və belə məsələlərdə ziyalılarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü iclas iştirakçılarına çatdırıb.

AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qa­sı­mov iclas işti­rak­çı­la­rı­nın diqqətini son günlərdə ABŞ-ın Los-Anceles şəhərində erməni­əsil­li təxribatçıların orada ya­­şa­­yan həmvətənlərimizə qarşı göstərdiyi zorakılıq əməllərinə cəlb edib. Vurğulayıb ki, düşmənin həm­­vətənlərimizə qarşı mənfur əməlləri qanunla cəzalandırılmalıdır. Alim, həm­çi­nin “COVİD-19” virusu ilə mübarizə məqsədi ilə rəh­bər­lik etdiyi elmi müəssisənin alimlərinin apar­dıqları tədqiqatlardan danışaraq qeyd edib ki, mütəxəssislərimizin əldə etdikləri mü­hüm nəticələr artıq TƏBİB-in rəsmi müalicə protokoluna daxil edilib.

Daha sonra çıxış edən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar, mən­fur siyasəti pisləyib. Qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatına qı­sa zaman ərzində ölkəmizin başçısı tərəfindən göstərilən opera­tiv, layiqli münasibət ölkəmizin, elə­cə də dünya ictimaiyyətinin, xüsusilə alim və ziyalılar tərəfindən rəğbətlə qarşılanır və bir­mə­na­lı şəkildə dəstəklənir.

FRTEB-in Elmi şurasının üzvləri bir daha əminliklə vurğulayıblar ki, alimlərimiz həmişə olduğu kimi cənab Prezidentimizin ətrafında sıx birləşməyi və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləməyi vacib hesab edirlər. Qeyd olunub ki, AMEA-nın elmi kollektivləri və alimləri cənab İlham Əliyevin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Böl­məsinin elmi müəssisələrinin 2020-ci ilin büdcəsi çərçivəsində maliyyələş­di­ril­mə­si nəzərdə tu­tu­lan elmi-tədqiqat proqramlarının müzakirəsinə həsr olunub. Bu barədə elmi-tədqiqat müəs­si­sə­lərinin rəhbərləri onlayn iclasın iştirakçılarına müfəssəl məlumat veriblər. Elmi şuranın üzvləri təqdim olunan elmi tədqiqat layihələrini yekdilliklə dəstək­lə­yə­rək AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul ediblər.

Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı Elmi şuranın üzvləri dünya şöhrətli azər­bay­can­lı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üz­vü, professor Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi üçün AMEA və ölkə rəhbərliyi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul ediblər.

Həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahə­sind­ə mühüm xidmətləri olan AMEA-nın İnformasiya Texnologiyaları İnstititunun 50 illik yubileyinin, eləcə də, 2021-ci ildə Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün E-İnfrast­ruk­turlar” və NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sis­tem­lə­ri­nin kibertəhlükəsizliyi problemləri” möv­zu­su­na həsr olunan beynəl­xalq konfransların keçirilməsi və dəstək verilməsi haqqında müvafiq qərarlar qəbul ediblər.

Müzakirə olunan məsələlər arasında AMEA-nın müxbir üzvü Kamil Ay­da­za­də­nin, profes­sor­lar Kamil Mənsimovun və Knyaz Məmmədovun, eləcə də texnika elmləri doktoru Qəm­bər Quluyevin 70 illik, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun 65 illik yu­bi­leylərinin ke­çi­rilməsi, həmçinin fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun təltif edilməsi də yer alıb.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri fərmanının layi­hə­si Elmi şura üzvlərinin diqqətinə çat­dı­rılıb. Layihə şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Onlayn iclasda həmçinin bir sıra kadr məsələləri də müzakirə olunub. Qəbul edilən qə­rar­la­­ra əsasən, texnika elmləri dok­to­ru Qəmbər Quluyev AMEA-nın İdarəetmə Sistemləri İnsti­tu­tu­nun tex­nologiyalar üzrə direktor müavi­ni vəzifəsinə, həmçinin Biofizika İnstitutunun təklif etdiyi na­mizədlər – biologiya üzrə elmlər doktorları Kərim QasımovTokay Hüseynov müva­fiq la­bo­­ratoriyaların müdiri, fizika-ri­ya­ziy­yat üzrə fəlsəfə doktoru Rasim Aslanov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Dadaşov aparıcı elmi işçi vəzifələrinə təsdiq olunublar.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavab­lan­dı­rılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.