“Elm” qəzetinin yeni sayları işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 12-13-cü nömrələri çapdan çıxıb.

Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “T.C.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi”, “F.Ə.Qədirova “Əməkdar elm xadimi” fəxri adının verilməsi”, “Ş.M.Muradovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi” haqqında müvafiq sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı yer alıb.

Mətbu orqanın ikinci və üçüncü səhifələrində “Milli dövlətçilikdə və bəşəri humanizmdə Mehriban Əliyeva fenomeni” və “Xalqımızın inkişafı naminə Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti” sərlövhəli məqalələr yer alıb.

Nəşrdə, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Fransanın ölkəmizdəki səfiri ilə görüşü, akademiyanın Rəyasət Heyətinin iclasları, Respublikada su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılması nəzərdə tutulan tədqiqatlar, 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elanı, Milli Transliterasiya Sisteminin təqdimat tarixi, Yer Elmləri Bölməsinin, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şuralarının iclasları, həmçinin İnventarlaşdırma Komissiyasının yığıncağı, AMEA və Fransanın Monpelye Universiteti arasında müştərək doktorantura proqramı, Alimlərimizin ağciyər xərçənginin müalicəsində mühüm nəticə əldə etməsi, Əlyazmamızın UNESCO-nun Dünya yaddaşı beynəlxalq reyestrinə daxil edilməsi və s. məlumatlara rast gəlmək olar.

Bundan əlavə, “Düşmənin öz məğlubiyyətini danmaq cəhdləri və saxtakar təxribatçılığı”, “Azərbaycanlı filosof Molla Rəcəbəli Təbrizi”, “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru”, “Görkəmli kimyaçı alim və pedaqoq”, “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi: ermənilərin toponimik aqressiyalarını arqument kimi ifşa edən tarixi-coğrafi xəritələr”, “Unudulmaz pedaqoq, tərcüməçi, islamşünas alim”, “Naxçıvan Muxtar Respublikasının zəngin heyvanlar aləmi öyrənilir”, “Azərbaycan arxeologiya elmi 75 ildə”, “Uğurlara aparan qoşa qanad: arxeologiya və jurnalistika”, “Tarixçi alimin şöhrəti”, “Alim adını uca tutan insan” adlı məqalələr, həmçinin AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə kəhrizlərin bərpası barədə müsahibə ilə tanış ola bilərsiniz.

32 səhifəlik qəzetdə, həmçinin rus dilində maraqlı yazılar da yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan “Elm” qəzetinin baş redaktoru Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Mənbə: www.science.az