Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Cəbhədəki uğurlarımız Ali Baş Komandanın qətiyyəti və ordumuzun qüdrətidir


İyulda Tovuz rayonu istiqamətindəki hücumlardan sonra, ermənilər sentyabrın 27-dən etibarən cəbhə xətti boyunca da ardıcıl həmlələr edərək Azərbaycan ərazi bütövlüyünü və əhalisini hədəf aldılar. Lakin görünən mənzərə odur ki, erməni hərbi təxribatı aldığı dəhşətli cavabdan çətin ki, özünə gələ bilsin.

Bu fikirləri AMEA Gənc Alimlər Şurasının üzvü, mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

Alim qeyd edib ki, Azərbaycan ərazisi otuz ilə yaxındır ki, işğala məruz qalıb. Milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarından didərgin düşüb. Ermənilər konstruktiv yol axtarmaqdan, danışıqlar mərhələsinə hörmətlə yanaşmaqdan “Dağlıq Qarabağ” münaqişəsini süni şəkildə uzatmaq, Azərbaycanı təhdid etmək yolunu tutdular. Nikol Paşinyan “Qarabağ Ermənistandır nöqtə!” deməsi, müdafiə naziri D.Tonoyanın bədnam açıqlamaları, qondarma rejimin rəhbərinin inauqurasiyasının qədim Şuşa şəhərimizdə keçirilməsi əsəblərimizi tarıma çəkmişdi. Daha doğrusu, otuz ilə yaxın bir müddətdə torpaqlarımızın yadelli işğalçıların tapdağı altında qalması  və bu müddət ərzində bütün siyasi danışıqların nəticə verməməsi Azərbaycan xalqını və hökümətini narahat etməyə bilməzdi. Bu baxımdan, erməni təxribatlarına son qoymaq, hücumların qarşısını almaq üçün hərəkətə keçən şanlı Azərbaycan ordusu düşməni sarsıdıcı itkilərə məruz qoymuşdur.

E.Bağırov bildirib ki, cənab Prezidentin Rossiya-1 telekanlanında yayımlanan “60- dəqiqə” proqramına verdiyi müsahibədə Azərbaycanın haqq səsini faktlarla ortaya qoyması və münaqişənin mahiyyəti, ermənilərin işğal və təxribatları barədə aparıcların suallarını sistemli şəkildə cavablandırması cəmiyyətimizdə sevinclə qarşılandı.  Ermənistan baş naziri N.Paşinyanın  həmişəki tərzinə sadiq qalaraq öz xislətini ortaya qoyması, yalan, böhtan dolu  şərhlər verməsi isə təəccüblü olmadı. Çünki dünya bu həqiqətləri yaxşı bilir. Bundan əlavə, beynəlxalq hüquq da Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir.

Hazırda ölkə boyu bütün səfərbərlik orqanlarına  gənclərimizin könüllü axın etməsi onu göstərir ki Azərbaycan xalqı heç bir zaman torpaqlarının işğalı ilə barışmaq fikri yoxdur. Son 5 gün ərzində baş verənlər isə Ali Baş Komandanımızın prinsipiallığını, qətiyyətini və ordumuzun açıq-aşkar qüdrətini ortaya qoyur.

“Xalq qəzeti”

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    142323

  • Sağalan

    85980

  • Yeni yoluxan

    4323

  • Aktiv xəstə

    54750

  • Ölüm halı

    1593

  • Test edilib

    1,817,804

Faydalı linklər