Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi Şuranın növbəti iclası keçirilib


Bu gün 2021-ci il yanvarın 22–də AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda  institutun cari ildə həmçinin 5 il ərzində həyata keçiriləcək elmi və elmi-təşkilati fəaliyyət və aparılaçaq elmi tədqiqatlar ilə bağlı  müzakirələr aparılıb.  Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin direktoru AMEA –nın müxbir üzvü professor Misir Mərdanov bildirib ki, akademiyada elmi-təşkilati fəaliyyətində idarəetmənin optimallaşdırılması, əldə olunan uğurlu elmi nəticələrin istehsalatda tətbiqi  yüksək səviyyəli gənc kadrların hazırlanması və digər istiqamətlərdə bir sıra islahatlar həyata keçirilir.

O, 2019 –cu ilin sonunda Ümumi Yığıncaqda qəbul olunan  “AMEA –nın 2020-2025 ci illər üçün inkişaf proqramına müvafiq olaraq aparılan elmi tədqiqatların  ölkəmizin milli  mənafeyinə uyğunlaşdırılması, elmlə təhsilin inteqrasiyası istiqamətində həlli vacib məsələlərə də toxunub.   Professor Misir Mərdanov qeyd edib ki, cari ilin 6 yanvar tarixində dövlət başçımızın  Dördüncü Sənaye və Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı imzaladığı sərəncam yeni elmi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sayəsində riyaziyyatçı alimlərin də qarşısına mühüm vəzifə və öhddəliklər qoyur.

Misir Mərdanov demişdir ki, riyaziyyatın tətbiqi riyaziyyat, riyazi kriptoqrafiya, riyazi statistika və digər istiqamətlərində müasir dövrün tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması əsas vəzifələrdəndir.

AMEA Rəyasət Heyətinin müvafiq qərarəna əsasən şöbələrin adlarının və məzmununun dəyişməsi, institut əməkdaşlarının şöbələr üzrə, ixtisasları nəzərə alınmaqla yenidən yerləşdirilməsi məsələsinə baxılmışdır.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər