Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“YAŞAT” Fonduna toplanan vəsaitin məbləği – Açıqlandı


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

Eləcə də bax: “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği – Açıqlanıb

FED.az xəbər verir ki, Fonda toplanan vəsait 27 milyon 476 min 577.35 manatdır. Həmin vəsaitdən 16 milyon 400 min 866.8 manatı fiziki şəxslər, 11 milyon 75 min 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 milyon 468 min 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 milyon 7 min 921.82 manatdır.

Qeyd edək ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.

Faydalı linklər