Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Dünuya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin anadan olmasından 100 il keçir


Dünyada ən çox tanınan əslən azərbaycanlı alim. Onun əsərlərinə bütün dünyada istinad edilir. Dünyanın bir çox nüfuzlu şirkətləri onun nəzəriyyələri əsasında milyardlar qazanır.

Lütfi Zadə

“Mənim uğur formulum budur: Qabiliyyət. Zəhmət və İsrar”.

Dünyada ən çox tanınan əslən azərbaycanlı alimlərdən biri Lütfi Zadə, əsl adı Lütfəli Əsgərzadə olan Lütfi Zadə 1921-ci il fevralın 4-ü Bakıda, Novxanı kəndində anadan olub.

Ərdəbildə doğulan atası Rəhim Ələsgərzadə I Dünya müharibəsində Bakıya köçmüşdü. Bakıda yəhidu əsilli Koremanla ailə qurub. Lütfi Zadə 3-cü sinfə kimi Bakıda, 16 saylı məktəbdə oxuyub.

SSRİ-də İran vətəndaşları ilə bağlı verilən qərardan sonra, 1931-ci ildə ailə Azərbaycanı tərk edərək Tehrana köçür. Lütfi Zadə təhsilinə Tehranda amerikalıların Almors Missoner məktəbində davam etdirir. Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra, 1944-cü ildə ABŞ-a köçür. Massaçusets Texnologiya İnstitutunda təhsilini davam etdirir.

1946-cı ildə Tehranda tanış olduğu Fey xanımla evlənir və bu evlilikdən Stella və Norman adlı uşaqları dünyaya gəlir. Lütfi Zadə 1 il sonra valideynlərini də ABŞ-a gətirir.

Kolumbiya Universitetində magistr və doktorluq dərəcələri alır. 1957-ci ildə “Kibernetikanın Atası” Norbert Vinerin tövsiyyəsi ilə Kaliforniyadakı Berkli Universitetinə gəlir. Burada “Elektrik mühəndisliyi və kompyüter elmləri” kafedrasına rəhbərlik edib.

1991-ci ildə təqaüdə çıxmalı olsa da, fövqəladə istedadına görə, ona Universitetdə ömürlük fəaliyyətini davam etdirmək imkanı verilir.

Lütfi Zadənin dünya elminə 6 mühüm nəzəriyyəsi məlumdur. Ona ən çox şöhrət qazandıran isə dünya elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Uzun müddət ABŞ elmi içtimaiyyəti bu nəzəriyyəni qəbul etmir. Amma yaponlar bu nəzəriyyədən yararlanmaq qərarına gəlirlər. Nəzəriyyənin tətbiqi Yaponiyaya milyardlar qazandırır və “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Nissan”, “Honda” və ölkənin digər nüfuzlu şirkətləri bu nəzəriyyədən geniş istifdə edirlər.

1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin uğurlarına görə Lütfi Zadə Yaponiyanın ən yüksək “Honda” mükafatı ilə təltif edilir. Bundan sonra nəzəriyyə amerikalıların diqqətini çəkir. “General Motors”, “Motorola”, “Kodak” və digər şirkətlər tərəfindən tətbiq edilir. Həmçinin nəzəriyyə əsasında “Nasa” idarəetmə sistemlərini tədqiq edir.

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri “Alter” adlı Robot hazırlayırlar.

Lütfi Zadə 1965-ci ildə Bakıya səfər edib. Qızı Stella 56 yaşında dünyasını dəyişir.

2017-ci ildə həyat yoldaşının vəfatından 9 ay sonra sentyabrın 6-da 97 yaşlı Lütfi Zadə də dünyasını dəyişir. Bakıda dəfn edilməsini vəsiyyət edən alimin cənazəsi sentyabrın 29-u Bakıya çatdırılır. Həmin gün alimlə vida mərasimi keçirilir və Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    233770

  • Sağalan

    228299

  • Yeni yoluxan

    126

  • Aktiv xəstə

    2262

  • Ölüm halı

    3209

  • Test edilib

    2,576,454

Faydalı linklər