Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

“Elm” qəzetində “Nizami Gəncəvi İli” çərçivəsində maraqlı məqalələr yer alıb


AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ilə görüşü yer alıb.

Nəşrin növbəti səhifələrində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası, “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda keçirilən konfrans, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı İşçi qrupunun onlayn iclası, AMEA-da “Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda baş tutan tədbir, Mərkəzi Elmi Kitabxana tərəfindən Müdafiə Nazirliyinə hədiyyə olunan kitablar, Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününə həsr edilən konfrans haqqında və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin sədri, dosent Ələddən Məlikovla müsahibə, “Nizami Gəncəvi əsərlərinin türk dilinə ilkin mənsur tərcümələrinin əlyazma nüsxələri”, “Abdulla Şaiq: Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”, “Azərbaycan Respublikasında qlobal pandemiya ilə mübarizə və miqrant hüquqları”, “Azərbaycanda antropologiya elminin bugünkü vəziyyəti və perspektivləri”, “Azadlıq rəmzi – Xarıbülbül” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Mənbə: www.science.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    233770

  • Sağalan

    228299

  • Yeni yoluxan

    126

  • Aktiv xəstə

    2262

  • Ölüm halı

    3209

  • Test edilib

    2,576,454

Faydalı linklər