Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi ən çox istinad alanlar sırasındadır


Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Complex Variables and Elliptic Equations” jurnalında dərc olunan “Boundedness of the fractional maximal operator in local Morrey-type spaces” adlı məqaləsi “Web of Science” bazasında 88 istinad alaraq, 1546  məqalə arasında 1-ci yerə, yüksəlib.

Qeyd edək ki, 2007-ci ildən nəşrinə başlayan Britaniyanın “Complex Variables and Elliptic Equations” jurnalı “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar bazasına daxildir (impakt faktoru: 0.695-Q3). Jurnalda bu günə qədər “Web of Science” bazasına daxil olan  1546  məqalə  çap olunub. Jurnalın əsas mövzu sahəsi riyaziyyat, kateqoriyası isə Riyazi analiz, Tətbiqi analiz, Hesablama riyaziyyatı və Ədədi analizdir.

Professor Vaqif Quliyevin “Web of Science” (Clarivate Analytics) bazasında ümumilikdə elmi məqalələrinin sayı 159, istinadların sayı 1394, h-indeksi isə 19-dur.   Bunlarla yanaşı Professor Vaqif Quliyevin 2018-ci il üçün “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Mathematical Analysis and Applications” (https://www.journals.elsevier.com/journal-of-mathematical-analysis-and-applications) 1.188 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda, 2019-cu üçün “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda və 2020-ci il üçün “Discrete and Continuous Dynamical Systems-Series B”  (https://www.aimsciences.org/journal/1531-3492) 1.270 yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda dərc edilmiş məqalələrinə sahə və nəşr ili üçün “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq bazasında yüksək isinad həddi əsasında Riyaziyyat elmi sahəsinin ən yaxşı nümayəndələrinin 1% -nə daxil olmaq üçün kifayət qədər isinad alıb.

1. İstinadlar üçün: “Web of Scince”dan PrintScreen edilmiş “Attachment_Citations”;

2. Məqalə üçün:

https://www.tandfonline.com/doi/full/10.1080/17476930903394697

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər