Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc alimin məqaləsi Koreyanın yüksək impakt faktorlu jurnalında nəşr edilib


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun “Daxili və xarici hidrostatik təzyiqlərdən yaranan qeyri-bircins ilkin gərginlikli içiboş ikiqat silindirdə burulma dalğa dispersiyası” adlı məqaləsi Cənubi Koreyanın “Structural Engineering and Mechanics” jurnalında dərc olunub.

Məqalənin dərc olunduğu jurnal Struktur Mühəndislik və Mexanika Beynəlxalq Assosiasiyanın rəsmi elmi dərgisidir və 2,984 impakt faktora malikdir.

Qeyd edək ki, tədqiqat mövzusu ilə əlaqədar doktorluq dissertasiyası yerinə yetirən alimin bundan əvvəlki məqalələri ABŞ-a və Niderlanda məxsus yüksək impakt faktorlu jurnallarda dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər