Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, dosent Elçin Məmmədovu 55 yaşı münasibətilə təbrik edirik!


Dosent Elçin Musa oğlu  Məmmədov 1966-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyazıyyat fakültəsinə daxıl olub və 1990-cı ildə Universiteti Riyazıyyatçı, riyaziyyat müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmışdır. 1984-1986-cı illərdə Belarusun Brest şəhərində Sovet Ordusu sıralarında xidmət edib.

1990-cı ildə Bakı Dövlət Universitetini bitirdikdən sənra təyinatla AMEA Riyaziyyat və Mexanika institutunun nəzdindəki Xüsusi Konstruktor bürosuna gənc mütəxəssis kimi işə başlamışdır.1992-ci ilin martından Riyaziyyat və Mexanika institutunun  “Riyazi proqramlaşdırma və riyazi modelləşdirmə şöbəsinə” baş laborant vəzifəsinə işə qəbul olunmuşdur, 1994-2011-ci illərdə “Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi”, “Qeyri-xətti analız” şöbələrində kiçik elmi işci, elmi işçi,böyük elmi işçi, 2012-ci ildən isə “Riyazi fizika tənlikləri”şöbəsində çalışır və hazırda  həmin şöbənin aparıcı elmi işçisidir.

1993-1996-cı illərdə Riyazıyyat və Mexanıka İnstitutunda Diferensial tənliklər ixtisası üzrə dissertanturanı oxuyub.

1997-cı ildə Diferensial  tənliklər ixtisası  üzrə  “Qeyri-xətti sərhəd şərtləri ilə verilmiş bir sinif psevdohiperbolik təniklərin həllərinin qlobal xüsusiyyətlərinin tədqiqi”  mövzusunda  namizədlik  disertasiyasını müdafiə  edib, 1998-ci ildə fizika-riyazıyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

2020-ci  ildən Riyaziyyat və Mexanika İnstitutunda  aparıcı elmi  işçi  vəzifəsində  çalışır. O, Respublikada və xarici ölkələrdə keçirilən elmi konfranslarda fəal iştirak edir. 50-dən  çox  elmi  əsərin,  1 dərs  vəsaitinin müəllifidir.

Müxtəlif illərdə bir sıra orta (6 N-li məktəb-lisey, Zəngi liseyi və s.) və ali məktəblərdə (Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub. O, 2002-ci ildən 2007-ci ilədək Bakı Dövlət Universitetinin “Tətbiqi riyazıyyat və Kibernetika” fakültəsində, 2008-ci ildən “Kitabxançılıq informasiya” fakültəsində informatika yönümlü fənnlərdən saathesabı əsasla dərs aparmışdır  və hazırda həmin fakültənin əvəzçiliklə 0,5 ştat dosentidir.

O, öz nümunəvi davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə kollektivin hörmətini qazanmışdır. Qayğıkeş insan, gözəl ailə başçısıdır.

Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Elçin müəllimi  55 yaşının tamam olması münasibətilə təbrik edir, ona həyatda ən şirin nemət olan can sağlığı, uğurlu həyat yolu, sevincli günlər elmi işlərində yeni-yeni müvəffəqiyyətlər  arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    585783

  • Sağalan

    551724

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    26252

  • Ölüm halı

    7807

  • Test edilib

    5,521,070

Faydalı linklər