Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantları dissertasiya işlərini uğurla müdafiə etmişlər


18 iyun  2021-ci il saat 11:00-da AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili”,  “Hesablama diaqnostikası” və  İdarəetmə Sistemləri İnstitutunu “Riyazi kibernetika” ixtisaslarından dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom programı ilə onlayn rejimdə iclası keçirilmişdir.

İclasda  AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin Magistratura sektorunun müdiri Ramin Həsənov, Magistratura sektorunun baş mütəxəssisi Fariz Ağayev, İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrant  iştirak etmişlər.

İxtisaslaşdırılmış Şuranın sədri professor Həmidulla Aslanov iclası açaraq iştirakçıları salamlamış və sözu  novbə ilə mudafiə edən magistrlərə təqdim etmişdir.

Çıxış edən magistrantlar: D.M.Şəfizadə, N.İ.Rüstəmova-Mikayılova, R.R.Niyazova, Ş.Ə.Süleymanova mövzuları haqqında ətraflı danışmış, verilmiş sualları dolgun cavablandırmışlar.

Dissetasiya işləri  Şuranın uzvləri tərəfindən uygün olaraq:

Dürrə Şəfizadə-86-B,  Nigar Rüstəmova-Mikayılova 96-A, Rayihə Niyazova -96 A, Şəkər Şüleymanova -86 B,  balla qiymətləndirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər