Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Koronavirusa görə insan sürətlə qocala bilər


Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib.

Onun sözlrinə görə koronavirus infeksiyası  insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. Yoluxmuş insan mənən tükənir, onda fobiyalar, qorxular yaranır.

Beləliklə, ağciyər zədələnəndə insan bədənində qaz mübadiləsi pozulur, nəticədə beyinə oksigen tədarükündə problemlər yaranır. İnfeksiyaya məruz qalan xəstələr tez-tez ensefalopatiyadan (beyin toxumasının distrofik olaraq dəyişməsi nəticəsində işinin pozulması) şikayət edirlər.  Bundan əlavə, xəstəxanalara müraciət edən xəstələrdə tez-tez baş ağrısı, başgicəllənmə, öskürək, nəfəs darlığı və qoxu itkisi barədə məlumat verirlər.

Mütəxəssis koronavirus xəstəliyini keçirən insanın zəifləmiş immunitet sistemini mütləq gücləndirməli olduğunu bildirib. Beləliklə, idmanla məşğul olmalı, düzgün qidalanmalı, artıq çəkidən qurtulmalı, daha çox təmiz havada olmalı, zərərli vərdişlərdən imtina etməli, vitamin çatışmazlığından əziyyət çəkirsə daha çox tərəvəz və meyvə istehlak etməlidir.

https://ria.ru/20210722/

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    585783

  • Sağalan

    551724

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    26252

  • Ölüm halı

    7807

  • Test edilib

    5,521,070

Faydalı linklər