Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Diferensial tənliklər” və “Qeyri-harmonik analiz” şöbələrinin 23 sentyabr 2021-ci il tarixində saat 1100-da keçirilmiş birgə iclasında dosent İlqar Şikar oğlu Cabbarovun “Çoxqat triqonometrik inteqrallar üzrə tədqiqatlar” mövzusunda 1205.01 – Riyazi məntiq və ədədlər nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq çıxış üçün ilk sözü Moskva Dövlət Universitetinin professoru Vladimir Nikolayeviç Çubarikova verdi. V. N. Çubarikov iddiaçının elmi nailiyyətlərindən danışaraq, onun müdafiəyə buraxılmasını məsləhət bildi.

Professor Həmdulla Aslanov sözu dosent İlqar Cabbarova verdi. Dos. Cabbarov dissertasiyanın əhatə etdiyi mözular haqqında geniş məlumat verdikdən sonra, sualları cavablandırıdı.  Bakı Dövlət Universitetinin prosessoru Əli Əhmədov, “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı r.e.d  Telman Qasımov, “Diferensial tənliklər” şəbəsinin əməkdaşı professor Məmməd Bayramoğlu iş haqqında öz müsbət rəylərini bildirdilər.

AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, elmlər doktoru Vüqar İsmayılıov, professor Məmməd Bayramoğlu iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçıya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    511974

  • Sağalan

    482578

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    22549

  • Ölüm halı

    6847

  • Test edilib

    5,081,920

Faydalı linklər