Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin və “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mediterranean Journal of Mathematics” (https://www.springer.com/journal/9) 1.400  yüksək impakt faktorlu  Q2 kateqoriyalı jurnalda dərc edilib.

“Metrik fəzalarda dəyişən dərəcəli Morri fəzalarında predkompakt çoxluqlar”  adlı məqalədə metrik fəzada və məhdud çoxluqda dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluq ailəsinin predkompakt olması üçün zəruri və kafi şərtlər tapılmışdır. Dəyişən dərəcəli Lebeq fəzasından fərqli olaraq dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluğun predkompakt olması əlavə şərtlərin qoyulmasını  tələb edir. Bu xarakteristika həm də sabit dərəcə halında yenidir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s00009-021-01828-z

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    599713

  • Sağalan

    569238

  • Yeni yoluxan

    1210

  • Aktiv xəstə

    22456

  • Ölüm halı

    8019

  • Test edilib

    5,633,054

Faydalı linklər