Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  11 oktyabr 2021-ci il tarixində saat 1200 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda  1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov  açaraq sözu sədr əvəzi seminarı aparmaq üçün BDU-nun“Riyazi fizika tənlikləri” kafedrasının dosenti Hikmət Əhmədova verdi. Seminarın sədri sözu Sarvan Hüseynova vermişdir. Sarvan Hüseynov dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra   f.-r.e.d.,, professor Vəli Qurbanov , f.-r.e.d., professor Mahir Səbzəliyev ,   r.e.d., dosent Yaşar Mehrəliyev  iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan AMEA-nın həqiqi üzvü,professor Yusif Məmmədov və Vladimir Dövlət Pedaqoji Universitetinin professoru Yuriy Alxutov (Rusiya) iş haqqında öz müsbət fikirlərini bildirdilər  iddiaçıya uğurlar arzulamışlar. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    599713

  • Sağalan

    569238

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    22456

  • Ölüm halı

    8019

  • Test edilib

    5,633,054

Faydalı linklər