Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

F.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilik keçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilik keçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə edib.

Məruzədə borudakı qaz axını ilə mühit arasındakı istilik mübadiləsi prosesi nəzərə alınmaqla, lay-quyu sistemində qeyri-stasionar qaz hərəkətinin modeli qurulur və sərhəd məsələlərinin həlli verilir. Birinci yaxınlaşmada qazın reoloji xüsusiyyətlərinin temperaturdan asılı olaraq dəyişməsinin hərəkət dinamikasına təsiri müəyyən edilir. Sistemin parametrlərindən asılı olaraq quyunun dibindəki təzyiqin dinamikasını və layın məhsuldarlığını təyin etməyə imkan verən analitik düsturlar əldə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər