Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


24 noyabr 2021-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun BFD 3.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Gülşən Ağasəf qızı Axundovanın “Qaz-maye mühitinin mexanika metodlarının bəzi gəmiçilik məsələlərinin həllinə tətbiqi” mövzusunda 2003.01- “Maye, qaz və plazma mexanikası” ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması  müzakirə olundu.

İclası seminarın rəhbəri AMEA-nın müxbir üzvü, t.e.d. Qelani Pənahov açaraq, sözu seminarın katibi “Maye və qaz mexanikası” şöbəsinin aparcı elmi işçisi f.-r.e.n., dos. Gülşən Ağayevaya, daha sonra isə iddiaçı Gülşən Axundovaya verdi. Gülşən Axundova dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra AMEA-nın müxbir üzvü, f.-r.e.d. Qardaşov Rauf və f.-r.e.d., prof. Fuad Lətifov iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi rəhbəri f.-r.e.d., prof. Nağıyev Faiq, “Qeyri harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov və AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar. Sonda keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər