Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 2020-2021-ci il Riyaziyyat üzrə fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib


03.12.2021-ci il Riyaziyyat və Mexanika İnstitutunda bir qrup fənn olimpiada iştirakçıları ilə görüş keçirilib. Görüşdə institutun baş direkrotu professor Misir Mərdanov, institutun şöbə müdirləri və qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov şagirdlərlə keçirilən görüşün bu elmi qurumla tanışlıq xarakteri daşıdığını, əsas məqsədlərdən biri onların elmə marağın artırılması olduğunu bildirdi.

Professor Misir Mərdanov AMEA-nın dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə edilməsi, gənclərin elmə cəlb olunması, işinə mühüm töhfələr verdiyini qeyd etdi. Akademiyanın əsas prioritet istiqamətlərindən  birinin elm və təhsilin inteqrasiya olduğunu vurğuladı. Alim bu məqsədlə gənclər arasında  olimpiadaların təşkil edildiyini və müxtəlif elmi layihələrin icra olunduğunu  nəzərə çatdırdı.

Tədbirdə iştirak edən Respublika fənn olimpiadaların hazırlıq qrupunun rəhbəri professor Nazim Kərimov, Təhsil İnstitutunun əməkdaşı Qorxmaz Mustafayev çıxışlarında dünyada elmin və təhsilin  mühüm rolundan, həmçinin son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıblar. Qeyd olunub ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirilmələrinə imkan yaradılmasından ibarətdir.

Sonra  professor Misir Mərdanov şagirdlərləin  gələcək  barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb onlara daha böyük nailiyyətlər arzulayıb.

Görüşün sonunda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər