Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov İstanbul şəhərində Yıldız Texniki Universitetində ezamiyyətdə olub


Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov 17.01.2017-28.01.2017-ci il tarixlərində AMEA-nın “Freym nəzəriyyəsi-veyvlet analizin seysmologiyada və digər sahələrdə siqnalların emalına tətbiqi” proqramının davamı olaraq İstanbul şəhərində Yıldız Texniki Universitetində elmi ezamiyyətdə olmuşdur.
Proqram çərçivəsində YTU-nun dosenti Yusuf Zerenle birgə elmi rəhbəri olduğu Şeyma Çetin, Fatih Şirin, Cemil Karacam doktora öyrəncilərinə “Statistik yığılma, yaranma səbəbləri, inkişaf istiqamətləri və tətbiqləri haqqında” , “Qeyri standart fəzalar və bu fəzalarda triqonometrik sistemlərin bazisliyi haqqında” mövzuları üzrə müntəzəm seminarlar aparmış və “Statistik yığılma, onun ümumiləşməsi, kəsilməz variant və Furye sıralarına tətbiqi”, “Atomar ayrılış və freymlərin bəzi sualları. -freymlər. Seperabel olmayan Hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzuları üzrə plenar məruzələr oxumuşdur. Yeni nəticələrin alınması istiqamətində intensiv müzakirələr və lazımi işlər görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər