Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. İlk seminar fevralın 22-si keçirildi.
İkinci seminar martın 2-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Hərəkət çevrilmələri” mövzusunda çıxış edəcək.
Mühazirə məktəb kursunda öyrənilən hərəkət anlayışına, onun növlərinin əsas xarakteristikalarına, müxtəlif hərəkət növlərinin superpozisayalarına, istənilən hərəkətin bu növlərin superpozisiyası şəklində göstərilə bilməsi haqqında teoremin isbatına və bəzi tətbiqi məsələlərə həsr olunacaq.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.
Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Telefon: (994 12) 5393924
Mob: (055)756-21-02 (Eminağa müəllim)
E-mail: [email protected], [email protected]

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər