Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə aprelin 13-ü saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusunda çıxış edəcək.
Mühazirədə populyar dildə Koşi-Bunyakovski bərabərsizliyi isbat ediləcək, ədədi, həndəsi və harmonik ortalar arasında münasibətlər əldə ediləcək və müxtəlif tətbiqi məsələlərə baxılacaq.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.
Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər