Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Gənc Riyaziyyatçılar Məktəbi aprelin 20-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirəcək.
Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri ” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev çıxış edəcək.
Mühazirədə Dirixle, yaxud Göyərçin qəfəsləri prinsipi və onun müxtəlif ifadə formaları haqqında populyar dildə şərh ediləcək və bu prinsipin ədədlər nəzəriyyəsinin, həndəsənin və kombinatorikanın çeşidli məsələlərinin həllinə tətbiqi göstəriləcəkdir.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər