Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Gənc Riyaziyyatçılar məktəbi Çeva və Menelay teoremlərinin tətbiqi mövzusunda seminar keçirir. Seminar mayın 4-ü saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Seminarda Çeva və Menelay teoremlərinin tətbiqi ilə məsələlər həll olunacaq. Məsələlərə mövzular bölməsində baxmaq olar . Linkə keçid edin: Məsələlər >>
Seminarı Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi böyük elmi işçisi ,f.-r.e.n. İbrahim Məhərov aparacaq.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər