Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Növbəti mühazirə mayın 11-i saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri” mövzusunda çıxış edəcək.
Mühazirədə elmi-populyar üsullarla klassik bərabərsizliklər: Çebışev, Hölder, Minkovski və.s. araşdırılıb, müəyyən tətbiqlərinə baxılacaq.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər