Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Bəndəliyev 27 may-3 iyun tarixlərində Rusiyanın Novorossiysk şəhərində keçirilən “Fourier series and its applications” adlı Beynəlxalq konfransda iştirak etmişdir.


Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən  Bəndəliyev 27 may-3 iyun tarixlərində Rusiyanın  Novorossiysk  şəhərində  keçirilən “Fourier series and its applications” adlı Beynəlxalq konfransda iştirak etmişdir. Rövşən  Bəndəliyev konfransda “On boundedness of certain sublinear operator in weighted variable Lebesgue spaces” adlı məruzəsi ilə çıxış etmişdir.

Klassik Hardi bərabərsizliyinin harmonik analizdə nə qədər mühüm əhəmiyyətə malik olması məlumdur. Bu bərabərsizliyin sonrakı inkişafı kimi onun müxtəlif çəkili funksional fəzalarda, o cümlədən müəyyən Borel ölçülərinə qədər ümumiləşdirilməsi ilə əlaqədardır. Son illərdə isə, bu bərabərsizliyin kifayət qədər abstrakt olan, banax funksional fəzalarına, ideal fəzalara və s. fəzalara ümumiləşdirilməsi bərabərsizliyə olan böyük marağa səbəb olmuşdur.

Son zamanlar dəyişən dərəcəli Lebeq fəzalarında Hardi operatoruna baxılması məsələsi kifayət qədər maraq kəsb edir.

Ona görə də, bu konfransa təqdim edilimiş məruzədə harmonik analizin mühüm inteqral operatorlarını özündə saxlayan bir sinif subxətti operatorlar üçün dəyişən dərəcəli və çəkili Lebeq fəzasında məhdudluq teoremi isbat edilmişdir. Qeyd olunan operatorlar sırasına Riss potensialı, kəsr maksimal operator, Fefferman sinqulyar inteqralı, Karleson maksimal operatoru, Bohner-Riss ortalaşdırıcı operatoru və s. daxildir.

Məruzə zamanı Rusiyanın kifayət qədər nüfuzlu alimlərindən hesab edilən prof. S. Q. Samko, prof. M. L. Qoldman, prof. B. İ. Qolubov da iştirak etmişlər. Onlar da, öz çıxışlarında belə konfransların həm elmi və həm də işgüzar baxımdan faydalı olmasını qeyd etdilər.

Faydalı linklər