Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun alimləri elmi ezamiyyətdə olublar


Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və həmin şöbənin aparıcı elmi işçisi, t.e.n., dosent Eldar Abbasov Çin Xalq Respublikası və Vyetnam Sosialist Respublikasında elmi ezamiyyətdə olublar.

Səfər zamanı RMİ-nin və GCC-nun alimləri Fençen şəhərində (Tzyansi provinsiyası) Qabaqcıl Texnologiyalar İnstitutu ilə birgə tədqiqatlar aparıblar. Q. Pənahovun rəhbərliyi ilə neftqaz çıxarma sənayesi üçün vacib sayılan özlü-elastiki kompozisiyalar və digər materiallar sahəsində aparılan ilkin tədqiqatların Fençen Qabaqcıl Texnologiyalar İnstitutunda davam etməsi ÇXR, Azərbaycan Respublikası, Rusiya Federasiyası və digər ölkələrin neftqaz çıxarma yataqlarında tətbiqi üçün yollar axtarması əsas olmuşdur.

Fençen İnstitutunun laboratoriyalarının müasir qurğu və avadanlıqlarda Q. Pənahov və E. Abbasovun apardığı eksperimentlər nəticəsində özlü-elastiki kompozisiyaların yeni tərkibi alınaraq tədqiq olunmuş və həmçinin gələcəkdə aparılacaq laboratoriya, mədən tədqiqatları planlaşdırılmışdır.

Alimlərimiz  Da Lat şəhərində (Vyetnam Respublikası) Rusiya-Vyetnam birgə təşkilatı olan “VYETSOVPETRO” müəssisəsi tərəfindən təşkil edilmiş elmi-praktik konfransdaiştirak ediblər. Q. Pənahov və E. Abbasov “Azərbaycan dəniz neft yataqlarında qurğu və texnoloji boru sistemlərinin korroziyası ilə mübarizə təcrübəsi və “VYETSOVPETRO” BM-nin dəniz yataqlarında neft qurğularının və boru kəmərlərinin korroziyadan qorunma ilə əlaqədar təklif olunan həllər” mövzusunda elmi məruzə ilə çıxış ediblər. Məruzədə boru kəmərlərinin müxtəlif yığımlarından təmizləməklə daxildən yarana bilən korroziyanın qarşısının alınması vacibliyi və bu istiqamətdə yeni effektiv üsullar haqqında danışılıb.

“VYETSOVPETRO” müəsisəsinin rəhbərliyi dəniz şəraitində Vyetnam yataqlarında innovativ texnologiyanın tətbiqi ilə əlaqədar əməkdaşlığın yaranmasının və əlaqələrin genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər