Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlərimiz “Riyazi nailiyyətlər və tətbiqlər” adlı II beynəlxalq elmi konfransda iştirak ediblər


03-05 may 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində AMEA Riyaziyyat və Mexanika İnstitutu və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Riyazi nailiyyətlər və tətbiqlər” adlı II beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov və həmin şöbənin böyük elmi işçisi f.-r.e.n., dosent Miqdad İsmayılov iştirak ediblər.

Konfransın plenar iclasında professor Bilal Bilalov “Qüvvət şəklində çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsi”, dosent Miqdad İsmayılov isə “Grand-Lebeq fəzalarında eksponent və triqonometrik sistemlərin bazis xassələri” mövzusunda plenar məruzə ilə çıxış ediblər.

Alimlərimiz ezamiyyə müddətində, həmçinin professorlar Vərqa Kələntərov, Sofiene Tahar, Amiran Qoqatişvili, Lyoubomira Softova Palaqaçeva ilə görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər