Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun alimi beynəlxalq konfransda iştirak edib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, dosent Əli Babayev 18-21 iyun 2019-cu il tarixində Moskva şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetində keçirilmiş “Məntiq üzrə xı Smirnov çıxışları” adlı beynəlxalq konfransda iştirak etmişdir. Ə. Babayev “N. Tusinin sillogistikasında sadə katiqorik sillogizmlər haqqında” mövzusunda məruzə etmişdir.

Səfər çərçivəsində alim, həmçinin Rusiya Elmlər Akademiyasının Təbiət elmləri və texnikanın tarixi institutunun Sankt-Peterburq filialının dəvəti ilə həmin institutun elmi şurasının 25 iyun 2019-cu il tarixində keçirilmiş iclasında “Nəsrəddin Tusi və onun məntiqi” mövzusunda çıxış etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər