Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qafqaz ölkələrinin riyaziyyat cəmiyyətlərinin konfransı” adlı beynəlxalq konfrasda Azərbaycanı AMEA Riyaziyyat və Mexanika İnstitutunun alimləri təmsil ediblər


​Sentyabrın 5-6-da Tiflisdə Avropa Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Qafqaz ölkələrinin riyaziyyat cəmiyyətlərinin konfransı” adlı beynəlxalq konfransda Azərbaycanı AMEA Riyaziyyat və Mexanika İnstitutunun alimləri və dünya bioinformatika sahəsində məşhur alim, Kembric Universitetinin professoru Qərib Mürşüdov təmsil edib. Professor Qərib Mürşüdov “Some application of mathematics to structural biology” mövzusunda plenar məruzə ilə çıxış edib. Konfransda Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, riyaziyyat üzrə fəlsəfə doktorları Rövşən Bəndəliyevin və Əli Hüseynlinin gənc alim kimi məruzələri dinlənilib. Ümumilikdə Azərbaycan tərəfini AMEA-nın müxbir üzvü, prof Bilal Bilalov, prof. Əkbər Əliyev, prof. Fərman Məmmədov, prof. Qərib Mürşüdov, dos. Vaqif Əmikişiyev, dos. Yaqub Əliyev, dos. Rövşən Bəndəliyev, Əli Hüseynli, Aidə Quliyeva təmsil edərək məruzələr ilə çıxış ediblər.
Qeyd edək ki, yüzdən çox iştirakçısı olan konfransda Rusiya, Gürcüstan, Türkiyə və İran alimləri iştirak ediblər.

Faydalı linklər