Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hesablama riyaziyyati və informatika şöbəsi


Hesablama_riyaziyyati_ve_in

Struktur bölmənin rəhbəri: Nağıyev Həsən Əli oğlu
texnika elmləri namizədi, dosent
Tel: (012) 539-50-97
E-mail:  [email protected]
Işçilərin ümumi sayı: 13
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Riyazi modelləşdirmə və idarəetmə: Kimyəvi kinetika prinsipləri əsasında riyazi modelləşdirilmə, toplanmış və paylanmış parametrli sistemlər. Qeyri-xətti dinamika və computer simulyasiyası ilə keyfiyyət təhlili, çoxsaylı stasionar vəziyyətlərə malik sistemlərin faza dəyişənlərinin geniş oblastında idarə edilməsi.
Qeyri qolonom mexanika: Variatorlu idarə olunan qeyri-qolonom sistemlərin riyazi modelləşdirilməsi və triboloji kriteri əsasında optimal idarə olunması.
Qeyri-stasionar siqnal mənbələrinin statistik təhlili: Pəncərə funksiyalı inteqral çevrilmələri əsasında obrazların tanınması, veyvlet-analiz əsasında diaqnostika.
Modelləşdirmədə fraktallar konsepsiyası: Xaotik düzülüşlü mühitlərdə fraktal ekvivalentlər sintezi problemləri, modelləşdirməyə tətbiqi.Polinomial həllə malik sonlu fərq tənlikləri: Kvant ossilyatoru və spin zəncirlərinin dəqiq həll olunan modelləri, kubit informasiyanın ideal ötürülməsi modelləri.
Struktur bölmənin əsas elmi nəticələri: Riyazi modelləşdirmə və idarəetmə: Neftin krekinqi prosesi reaktor-regenerator sistemlərinin üç sərbəstlik dərəcəsinə malik kinetik modeli qurulmuş, parametrik identifikasiya edilmiş, faza fəzasında kompüter hesablama eksperimenti əsasında topoloji təhlili həyata keçirilmişdir. Bu nəicələr əsasında “insan-maşın sistemləri” prinsipi üzrə faza dəyişənlərinin geniş diapazonunda vizual idarəetmə alqoritmləri yaradılmışdır.
Qeyri qolonom mexanika: Idarə olunan friksion ötürməli sistemlərin qeyri qolonomluq gətirən amilləri təhlil edilmiş, kompüter simulyasiya imkanlarına istinad edən model yaradılmış və dinamik həyəcanlandırıcı təsirlər şəraitində işçi xarakteristikaları sınaqdan çıxarılmışdır.
Qeyri-stasionar siqnal mənbələrinin statistik təhlili: Siqnal mənbələrinə xas olan qeyri-stasionarlıq vaxtı və kafi statistik dəlillər həcmi dilemmasını özündə daşıyan model yaradılmışdır. Təsadüfi ardıcıllıqların realizasiyaları əsasında siqnal mənbəlırinin tanınması və parametrik dreyfin aşkar edilməsi öz həllini tapa bilmişir.
Modelləşdirmədə fraktallar konsepsiyası: Məsaməli material (bərk katalizator) və digər şaxələnmiş və xaotik kanallar sistemi ilə xarakterizə olunan bərk maddə mühitinin riyazi yazılışı üçün təklif edilmiş Dendrit fraktalı əsasında mator yaqacaqlarının hidrotəmizlənmə prosesinin təkmilləşdirilmiş riyazi modeli işlənmişdir.
Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər