Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Prof. V.S. Guliyev Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda akad. S.M. Nikolskinin 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda dəvətli məruzəçi qismində iştirak etmişdir


Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. V.S. Guliyev Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda (Moskva ş.) 25 May – 30 May 2015 ci il tarixlərində akad. S.M. Nikolskinin 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda dəvətli məruzəçi qismində “Necessary and sufficient conditions for the boundedness of the fractional integral operators in the local Morrey-type spaces on Carnot groups” adlı məruzə ilə çıxış etmişdir. Bu konfrans müddətində prof. V.I. Burenkov (Rusiya), Y. Sawano (Yaponiya) və A. Ghorbanalizadeh (İran) ilə birgə elmi tədqiqitlar aparılmışdır.
Bu müddətdə bu layihə çərçivəsində planlaşdırılan prof. V.I. Burenkov ilə birgə “Interior estimates in generalized Morrey spaces of solutions to nondivergence elliptic equations with VMO coefficients” adlı məqaləsi, prof. Y. Sawano ilə birgə “Approximation by trigonometric polinomials in variable exponent Morrey type spaces” adlı məqaləsi və prof. A. Ghorbanalizadeh ilə birgə “Decompositions for local Morreyspaces” adlı məqaləsi üzərində çalışmalar davam etmışdır.
Bu səfər müddətində Prof. O.V. Besov, Prof. W. Sickel, Prof. S.Vodopyanov, Prof. M.L. Goldman, Prof. G. Demidenko, Prof. T.V.Tararykova, Prof. V.D.Stepanov və başqaları ilə elmi diskussiyalar aparılmışdır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər