“Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.r.e.d, prof. Alik Malik oğlu Nəcəfov «Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri» mövzusunda məruzə edib.
Məruzədə anizotrop grand Sobolev-Morri fəzalarından olan funksiyaların bir sıra diferensial və diferensial-fərq xassələri haqqında danışılıb. Bu fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törəmələrinin Hölder şərtini ödəməsi göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

04.10.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.r.e.d, prof. Alik Malik oğlu Nəcəfov «Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri» mövzusunda məruzə edəcəkdir.
Məruzədə anizotrop grand Sobolev-Morri fəzalarından olan funksiyaların bir sıra diferensial və diferensial-fərq xassələri haqqında danışılacaq. Bu fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törəmələrinin Hölder şərtini ödəməsi göstəriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

19.06.2017-сi il saat 12.00-da “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda şöbənin aparıcı elmi işçisi, f.-r.e.n. Rəşid Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının sərhəd xassələri haqqında” mövzusunda məruzə edəcək. Məruzədə Lebeq inteqralının ümumiləşməsi olan inteqral anlayışlarından istifadə edilərək həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadəsi veriləcək və ümumiləşmiş inteqral mənada onların momentlərinin sıfra bərabər olduğu göstəriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

07.06.2017-ci il tarixində saat 12.00-da “Funksional analiz” və “Diferensial tənliklər” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Səbinə Tapdıq qızı Ələsgərovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin “C(X) fəzasının altcəbrləri üçün dövrlər, yarımdövrlər və bu anlayışların doğurduğu funksionallar” mövzusunda seminarı keçirilib

Bu gün “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin müdiri r.e.d. Vüqar İsmayılov “C(X) fəzasının altcəbrləri üçün dövrlər, yarımdövrlər və bu anlayışların doğurduğu funksionallar” mövzusunda məruzə edib.

Məruzədə cəbrlər cəmi üçün “dövr” və “yarımdövr” anlayışları daxil edilmiş və bu anlayışların doğurduğu funksionalların cəbrlər cəmi ilə göstəriliş məsələsində əhəmiyyətli rolundan danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

19.05.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Şredinger operatorunun doğurduğu kəsr inteqralının sıfırlanan ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Şredinger operatorunun doğurduğu kəsr inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu, həmçinin sıfırlanan ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün (φ1, φ2) üzərinə qoyulmuş kafi şərtlər haqqında danışılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.