Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

17.05.2017-ci il tarixində saat 12:00-da ”Riyazi fizika tənlikləri” şöbəsinin ”Oblastın bir hissəsində Makenhaupt çəkili p-Laplas tənliyinin həlli üçün Harnak bərabərsizliyi” mövzusunda növbəti seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Sərvan Təhməz oğlu Hüseynov mövzu ilə bağlı məruzə edəcəkdir. Məruzə zamanı Makenhaupt çəkili p-Laplas tənliyinin mənfi olmayan həllərinə baxılacaq və bu həllər üçün Harnak bərabərsizliyi isbat […]

E L A N

17.05.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Kəsilməz funksiyalar fəzasının cəbrlər cəmi şəklində göstəriliş məsələsi» mövzusunda məruzə edəcəkdir. Məruzədə Hausdorff kompaktında təyin olunmuş həqiqi qiymətli kəsilməz funksiyalar fəzasının həmin fəzanın altcəbrləri cəmi şəklində göstəriliş məsələsi təhlil ediləcək, belə göstərilişin mümkünlüyü üçün zəruri və kafi şərtlər haqqında […]

“Ali riyaziyyat”  beşcildli dərs vəsaitinin birinci cildi çapdan çıxıb

Bu günlərdə Moskva şəhərində OOO “Prondo” nəşriyyatında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi–Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, Nijnikov A.İ, Muxanova A.A., Muxanov S.A və AMEA RMİ “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradovun müəllifliyi ilə “Ali riyaziyyat” (məsələlər və misallar) beşcildliyin 5.1. cildi çapdan çıxmışdır. Vəsait ФГОС ВПО proqramına əsasən […]

E L A N

17.05.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Bəzi impuls təsirli hiperbolik sistemlər” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə geniş sinif dominant qarışıq törəməli, impuls təsirli, hamar olmayan əmsallı hiperbolik tənliklər üçün korrekt qoyuluşlu lokal və lokal olmayan sərhəd məsələlərinə həsr edilmişdir. […]

”Riyazi fizika tənlikləri” şöbəsinin ”Li qrupu və onun diferensial tənliklərə tətbiqi” mövzusunda seminarı keçirilib

”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin böyük elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Elçin Musa oğlu Məmmədov ”Li qrupu və onun diferensial tənliklərə tətbiqi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı Li qrupu haqqında məlumat verilmiş və onun diferensial tənliklərə tətbiqi göstərilmişdir. Qrupun invariantının köməyi ilə xüsusi törəməli diferensial tənliyin adi diferensial tənliyə […]

E L A N

15 may 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Rzayeva Nigar Abuzər qızı “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı məruzə ilə çıxış edəcəkdir. Çıxışda hiperbolik tənliklər sistemi üçün Dirixle sərhəd şərtli qarışıq […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər