Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qarabağ” ordeninin statutu müəyyənləşib

Yeni təsis edilən “Qarabağ” ordeni düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı […]

“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, Kəlbəcər və nəhayət Laçın rayonlarının Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını işıqlandırıb. Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilər üzərində nəzarətin bərpasını “tarixi qələbə” adlandırıb və həmin ərazilərin dirçəldiləcəyinə söz verib. “Biz hər birimiz bir arzu ilə […]

Bu gün Laçın 28 illik işğaldan qurtulur

Ermənistan silahlı qüvvələrinin 28 ildir işğal altında saxladıqları Laçın rayonu bu gün Azərbaycana təhvil verilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatına əsasən həyata keçirilir. Xatırladaq ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı […]

“Elm” nəşriyyatında “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunmasını hər birimiz şanlı və tarixi günlər kimi qeyd edirik. Bu əlamətdar hadisə insanlarımızda xoş ovqat, böyük ruh yüksəkliyi və yaradıcılıq şövqü yaradıb. AMEA-nın “Elm” nəşriyyatı da bu şanlı qələbə münasibətilə mədəniyyət beşiyi olan Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir. Bu […]

Xocalı və Xocavənd kəndlərinin adları dəyişdirildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanunu təsdiq edib. Qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb. Həmçinin Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanunu da təsdiq edib. Azərbaycan Respublikasının Xocavənd rayonunun […]

İlham Əliyevin xalqa müraciəti yayımlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyevin xalqa müraciəti -Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər