Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya Şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Musa Səməd oğlu Alməmmədovun “Çoxparametrli məsələlərin spektrinin quruluşu və cüttərtibli diferensial operatorların izlərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi […]

“Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda BDU-nun “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru Hamlet Quliyev “Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda çıxış edib. Məruzədə hiperbolik tənlik üçün bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, alınan məsələdə optimal idarəedicinin varlığı teoreminin isbat […]

Kainatı kəşf edən dahi Stiven Hokinq 76 yaşında vəfat edib

İngiltərənin dünyaca məşhur fiziki, nəzəriyyəçi alim Stiven Hokinq 76 yaşında Kembricdə vəfat edib. S.Hokinq 1942-ci ildə İngiltərənin Oksford şəhərində anadan olub. O, 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. Əlil arabasında həyatını davam etdirən […]

E L A N

15.03.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib […]

E L A N

07.03.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Moskva Dövlət Uiversitetinin mexanika-riyaziyyat fakültəsinin “İdarəetmənin ümumi problemləri” kafedrasının professoru Qaleyev Elfat Mixayloviç “Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda məruzə edəcək. Məruzədə bərabərlik və bərabərsizlik tipli hamar məsələlərdə ekstremum üçün birinci və ikincici tərtib ekstremum şərtlərə baxılır. […]

Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2018” müsabiqəsini elan edir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, akademiyada “Magistr-2018” müsabiqəsi elan olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir. Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər