
14/01/2021
Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir […]
13/01/2021
Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovac” şirkətinin isthsalı olan “CoronaVac” vaksininin istifadəsinə icazə verib. Bu barədə Türkiyənin “Sözcü” agentliyi məlumat yayıb. Qeyd olunur ki, artıq sabahdan etibarən Türkiyədə ilk olaraq səhiyyə işçilərinin vaksinasiyasına başlanılır. © Mənbə: www.oxu.az
13/01/2021
Yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin akademiyanın Yer, Biologiya və Tibb Elmləri bölmələrinin, eləcə də Lənkəran və Şəki Regional Elmi mərkəzlərinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinin yekunlarına həsr olunan iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri, hesabatları təqdim edilmiş müəssisələrin direktorları, aparatın idarə və şöbə müdirləri də […]
13/01/2021
Şöbə müdirlərinin nəzərinə! 14 yanvar 2021-ci il tarixində akademik Zahid Xəlilovun 110 illiyinə həsr olunmuş Elmi Sessiya və Elmi Şuranın iclası ZOOM proqramı ilə saat 11-00 keçiriləcək. Sebine xanim linkleri Sizə atacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
12/01/2021
İctimaiyyətə məlumat verildiyi kimi, 8 yanvar 2021-ci il tarixində AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmiş və akademiyada islahatlar xəttinin dərinləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, narahatlıq doğuran qüsurların aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Təəssüf ki, sözügedən iclasın nəticələrinə dair məlumatların AMEA-nın rəsmi saytında dərc edilməsindən sonra bəzi KİV-lər Rəyasət Heyətinin qərarlarının mahiyyətini təhrif edərək, onları […]
12/01/2021
Almaniyanın Tübingen Universitetinin alimləri insan orqanizmində koronavirus infeksiyasının yayılmasına təsir edə biləcək ferment aşkar ediblər. Bu barədə “Merkur” portalı məlumat yayıb. Ekspertlər SARS-CoV-2-nin ağciyərlərdə yayılmasının kompüter modelinin yardımı ilə virusun hüceyrələri onun daxil olmasına kömək edən xüsusi maddələr ifraz etməyə məcbur etdiyini təyin edə bilib. Mütəxəssislər quanilatkinasa 1 (GK1) fermentinin virus üçün xüsusilə qiymətli olduğunu […]